...

"Mercedes"lə sərnişin avtobusu toqquşdu: 2 ölü

Hadisə Materials 4 İyun 2016 19:22 (UTC +04:00)
Bakının Qaradağ rayonunda yol qəzası baş verib.
"Mercedes"lə sərnişin avtobusu toqquşdu: 2 ölü

Bakı. Trend:

Bakının Qaradağ rayonunda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusunun toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib. Məlum olub ki, "Mercedes" markalı avtomobil deformasiyaya uğrayib və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:02-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti