...

Ağcabədidə ev yandı

Hadisə Materials 28 İyun 2016 07:21 (UTC +04:00)
Ağcabədidə yanğın hadisəsi qeydə alınıb
Ağcabədidə ev yandı

Bakı. Trend:

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcəbədi rayonu, Şənlik kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 3 tonu yanıb.

Ev və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti