Bakı. Trend:
Şəmkir rayonunda toy mərasimində kütləvi dava baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayonunun Bayramlı kəndində keçirilən toy mərasimində kütləvi dava baş verib.
Kənd sakini, 28 yaşlı Pərvin Kərimov ağır dərəcəli sərxoş vəziyyətdə 3 nəfər toy iştirakçısını bıçaqlayıb. Yaralılar - 40 yaşlı Nicat Cəfərov, qardaşı 32 yaşlı Seymur və həmkəndliləri 33 yaşlı Mahmud Mahmudov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan hər üç şəxs cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.