...

Şirvanda partlayış: ölənlərin olduğu ehtimal edilir (YENİLƏNİB-4) (FOTO/VİDEO)

Hadisə Materials 26 İyul 2016 18:03 (UTC +04:00)
Şirvan şəhərində güclü partlayış baş verib.
Şirvanda partlayış: ölənlərin olduğu ehtimal edilir (YENİLƏNİB-4) (FOTO/VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:59-da yayılıb)

Bakı. Trend:

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışda ölənlərin olduğu ehtimal edilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

X X X

16:34

Şirvanda partlayış olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, partlayış zavodda deyil, müəssisənin hazır məhsullar anbarında baş verib.

Partlayış ərazisində yanğın baş verib. Güclü partlayışlar hələ davam etdiyindən əraziyə yanğınsöndürən maşınlar yaxınlaşa bilmir.

Zavodun işçiləri və yaxınlıqdakı sakinlər ərazidən təxliyə olunub.

X X X

Şirvanda silah zavodunda partlayışlar davam edir.

Yerli sakinlərin Trend-ə verdiyi məlumata görə, şəhərdə hələ də güclü partlayış səsləri eşidilir.

X X X

15:59

Şirvanda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda partlayış olub.

Şirvan şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya yaralılar gətirilib. Onlardan biri reanimasiyadadır.

Qeyd edək ki, ötən il iyulun 6-da Şirvanda Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” zavodunda partlayış baş vermişdi. Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti