...

Şəkidə güllələnmə hadisəsi olub

Hadisə Materials 3 Avqust 2016 12:11 (UTC +04:00)
Şəkidə güllələnmə hadisəsi baş verib.
Şəkidə güllələnmə hadisəsi olub

Bakı. Trend:

Şəkidə güllələnmə hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 1-də Şəki rayonun Aşağı Göynük kəndində rayon sakini İkram Kərimov xuliqanlıq zəminində pnevmatik tüfəngdən atəş açaraq həmyerlisi Rəhman Əlfətova ayaq nahiyəsindən xəsarət yetirib.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Kərimov tutulub, ondan müvafiq sənədləri olan “Striker” markalı pnevmatik tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti