...

Yevlaxda kanala düşən azyaşlı tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Avqust 2016 17:47 (UTC +04:00)
Yevlax rayonu, Aran qəsəbəsində Yuxarı Qarabağ kanalına düşmüş azyaşlı vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Yevlaxda kanala düşən azyaşlı tapılıb (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Yevlax rayonu, Aran qəsəbəsində Yuxarı Qarabağ kanalına düşmüş azyaşlı vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

x x x

Yevlax rayonunda azyaşlı kanala düşüb.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu, Aran qəsəbəsində bir azyaşlının Yuxarı Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti