...

Balakəndə keçirilən əməliyyatla bağlı məlumat

Hadisə Materials 19 Avqust 2016 12:58 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Balakəndə keçirilən əməliyyatla bağlı məlumat yayıb.
Balakəndə keçirilən əməliyyatla bağlı məlumat

Bakı. Samir Əli-Trend:

Daxili İşlər Nazirliyi Balakəndə keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi xəbərdə deyilir ki, Balakən RPŞ əməkdaşları tərəfindən şəhər sakini Elçin Alvasovun evinə baxış keçirilib.

Oradan 1 kiloqram 105 qram marixuana, xaricdə istehsal edilmiş nömrəsiz “Revolver” markalı tapança, 7 ədəd müxtəlif çaplı patron, gecəgörmə cihazı, müxtəlif ölçülü kameralar, mobil telefonlar, çox saylı mobil telefon nömrələri, 2 ədəd noutbuk, kompyuter hissələri, həyətində isə müxtəlif banklar tərəfindən axtarılan “BMW”, “Mercedes” və “VAZ-21015” markalı avtomobillər, habelə “Lexus” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb. 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti