...

Mobil telefon qaçaqmalçılığı baş tutmadı

Hadisə Materials 27 Avqust 2016 11:44 (UTC +04:00)
Gürcüstandan Azərbaycan ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
Mobil telefon qaçaqmalçılığı baş tutmadı

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd “Samsunq” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksesuar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti