...

Ölümlə nəticələnən qəza törətdi və qaçdı (VİDEO/ FOTO)

Hadisə Materials 22 Sentyabr 2016 10:44 (UTC +04:00)
Cəlilabad rayonunda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Ölümlə nəticələnən qəza törətdi və qaçdı (VİDEO/ FOTO)

Bakı. Trend:

Cəlilabad rayonunda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend ARB Cənub-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən Cəlilabadın Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb. Avtomobilin qırılaraq yerə tökülmüş ehtiyyat hissələrindən onun “VAZ – 21 06” olduğu ehtimal olunur.

Hazırda hadisəni törədən sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti