...

Canavarlar kəndə hücum etdi (FOTO/VİDEO)

Hadisə Materials 29 Sentyabr 2016 17:27 (UTC +04:00)
Tovuzda canavarlar kəndə hücum edib
Canavarlar kəndə hücum etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Tovuzda canavarlar kəndə hücum edib.

Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, gecə Aşağı Mülkülü kəndində yırtıcılar Vahid Məmmədrzayevin həyətinə daxil olaraq 15-dən artıq xırdabuynuzlu heyvanı məhv edib.

Səs-küyə həyətə çıxan ev sahibi bir neçə heyvanın parçalandığını, bir neçəsinin əkin sahələrinə doğru aparıldığını görüb: "Bir ayın içində qonşunun həyətində atını yeyib. Yuxarıdakı fermada da mal-qaranı tələf edib".

Son bir ayda canavarlar Aşağı Mülkülüdə 2 at və 1 baş inəyi parçalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti