...

Gəncədə dönərxana, mağaza və köşk yandı

Hadisə Materials 17 Oktyabr 2016 09:54 (UTC +04:00)
Gəncə şəhərində bir neçə obyektdə yanğın baş verib.
Gəncədə dönərxana, mağaza və köşk yandı

Bakı. Trend:

Gəncə şəhərində bir neçə obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda bir dam altında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dönərxananın yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 28 m2 olan məişət mallarının satışı mağazası və yaxınlıqda tikilmiş ümumi sahəsi 8 m2 olan köşkün yanar konstruksiyaları və 9 ədəd şam ağacı (ümumi 65 m2 sahədə) yanıb.

Yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti