...

Sinif yoldaşının anasını bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 17 Oktyabr 2016 16:20 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sinif yoldaşının anasını bıçaqlayan şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluq etməkdə təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Abdullayev və K.Cəfərzadənin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib. Xəstəxanaya aparılan A.Teymurovanın həyatını xilas etmək mümkün olub. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q.Abdullayev və 1999-cu il təvəllüdlü K.Cəfərzadə tutulub.

Q.Abdullayevlə K.Cəfərzadə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti