...

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs 8 il cəza aldı

Hadisə Materials 20 Oktyabr 2016 16:26 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Əsədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Taksi sürücüsünə qarşı quldurluq edən şəxs 8 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əsədov 8 il azadlıqdan məhrum edilib .

Qeyd edək ki, M.Əsədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub. O, Bakıda taksi sürücüsünü qarət etməkdə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti