...

Quldurluq etmiş qohumlar məhkəmə qarşısında

Hadisə Materials 4 Noyabr 2016 12:12 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Natiq İbadov və əmisi oğlu Orxan İbadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Quldurluq etmiş qohumlar məhkəmə qarşısında

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Natiq İbadov və əmisi oğlu Orxan İbadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı noyabrın 10-na təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayının 9-da Səbail rayonunun Badamdar qəsəbəsində Şamaxı rayon sakinləri N.İbadov və əmisi oğlu O.İbadov Bakı şəhər sakini Emin Fərzəliyevdən pulunu və mobil telefonunu quldurluq yolu ilə alıb hadisə yerini tərk etmək istəyərkən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti