...

Zığ şosesində qəza - avtomobil şam ağacına çırpılıb

Hadisə Materials 10 Noyabr 2016 08:39 (UTC +04:00)
Səhər saatlarında Zığ şosesində - Naxçıvanski hərbi məktəbin yaxınlığında yol qəzası olub.
Zığ şosesində qəza - avtomobil şam ağacına çırpılıb

Bakı. Trend:

Səhər saatlarında Zığ şosesində - Naxçıvanski hərbi məktəbin yaxınlığında yol qəzası olub.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə geri dönmə əməliyyatı zamanı baş verib.

"Opel" markalı avtomobilin sola - qarşı yola keçmək istəyən "Mersedes" markalı avtomobili vurması nəticəsində yolu hərəkətsiz hissəsində salınmış şam ağaclarına çırpılıb.

Yol qəzası nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hazırda həmin şosedə avtomobillərin sıxlığı müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti