Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqdirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Ağayev 19 il azadlıqdan məhrum edilib.
İttihama görə, 2016-ci il yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbələri endirməklə qətlə yetirib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
C.Ağayev qızı onu sevmədiyi üçün qətlə yetirdiyini bildirib.