...

Bakıda "Tofaş", Masallıda "Kamaz" yanıb

Hadisə Materials 14 Yanvar 2017 01:55 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda "TOFAŞ" markalı, minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb
Bakıda "Tofaş", Masallıda "Kamaz" yanıb

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonunda "TOFAŞ" markalı, minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Masallıda qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı ryonu, Digah kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin kabina hissəsi yanıb.

Yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti