...

Taksi sürücüsü bıçaqlandı - avtomobili əlindən alındı

Hadisə Materials 18 Yanvar 2017 12:32 (UTC +04:00)
Gəncədə taksi sürücüsü bıçaqlanaraq avtomobili əlindən alınıb.
Taksi sürücüsü bıçaqlandı - avtomobili əlindən alındı

Bakı. Trend:

Gəncədə taksi sürücüsü bıçaqlanaraq avtomobili əlindən alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu, mobil telefonunu alaraq və onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata aldığını bildirib. Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti