Bakı. Trend:
Qusar rayonunda yaşlı qadın odlu silahını polisə təqdim edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qusar şəhər sakini, 89 yaşlı Gülxanım Məmmədova "Makarov" markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Qusar RPŞ-yə təhvil verib.