...

Gecə Binəqədidə restoranda yanğın olub

Hadisə Materials 26 Fevral 2017 09:21 (UTC +04:00)
Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Gecə Binəqədidə restoranda yanğın olub

Bakı. Trend:

Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 30 m2 olan restoranın mətbəxində lambirdən ibarət tavan 4 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti