...

Üzük barmağından çıxmadı, FHN-i çağırdı

Hadisə Materials 26 Mart 2017 11:35 (UTC +04:00)
Səhər saatlarında Bakıda maraqlı olay baş verib
Üzük barmağından çıxmadı, FHN-i çağırdı

Bakı. Trend:

Səhər saatlarında Bakıda maraqlı olay baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 09:44-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti