Bakı. Trend:
Türkiyənin Sakarya vilayətinin Ərənlər rayonunda naməlum şəxslər daşıma şirkətinə basqın ediblər.
Trend-in məlumatına görə, 20 nəfər şirkətin ofisinə daxil olaraq atəş açaraq hadisə yerindən qaçıb.
Hadisə nəticəsində biri ağır olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis şübhəlilərin saxlanması üçün əməliyyata başlayıb.