Bakı. Trend:
Ucar rayonu, Alpı kəndində “FORD” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 06:38-də başa çatıb.