...

Qaradağda 6 otaqlı ev yanıb

Hadisə Materials 23 İyun 2017 09:44 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Qaradağda 6 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 kv.m sahədə və dam örtüyü 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti