Bakı. Trend:
Sumqayıtda 3 azyaşlı dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində 3 azyaşlının dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat saat 17:10-da başa çatıb.