Bakı. Trend:
Qəbələdə inək oğruları tutulub. Trend-ə DİN-dən verilən məlumata görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisində M.Abdullayevə və M.Rəsulova məxsus həyətyanı sahələrdən 2 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakinləri Nazir Surxayev və Sücayət Tağızadə tutulublar.