...

Kanalda tapılan meyitin İmişli sakini olduğu müəyyənləşib (YENİLƏNİB)

Hadisə Materials 7 Avqust 2017 14:54 (UTC +04:00)
Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.
Kanalda tapılan meyitin İmişli sakini olduğu müəyyənləşib (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:18-də yayılıb)

Bakı. Trend:

İkin araşdırmalar nəticəsində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində kanalda tapılan meyitin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olması müəyyənləşdirilib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

X X X

Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.

Meyitin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batdığı ehtimal edilən1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olduğu ehtimal edilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti