...

Masallıda dördmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 14 Sentyabr 2017 18:54 (UTC +04:00)
Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Masallıda dördmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Masallıda dördmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 4 kv.m sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti