...

Tovuzda 80 yaşlı kişi qəza törətdi, 3 nəfər yaralandı

Hadisə Materials 20 Sentyabr 2017 17:38 (UTC +04:00)
Tovuz rayonu ərazisində yol qəzası baş verib.
Tovuzda 80 yaşlı kişi  qəza törətdi, 3 nəfər yaralandı

Bakı. Samir Əli - Trend:

Tovuz rayonu ərazisində yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Quşçu-Qovlar yolunda baş verib. Qovlar qəsəbə sakini, 1937-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti