Bakı. Trend:
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da gecə saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.