...

Türkiyədə fabrikdə kütləvi zəhərlənmə

Hadisə Materials 27 Oktyabr 2017 15:33 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Dənizli vilayətində fabriklərin birində kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 37 nəfər xəstəxanaya yerləşdirilib.

Son məlumata görə, zəhərlənmə təbii qazdan baş verib.

Qeyd olunur ki, zəhərlənmə qapalı məkanda qaz balonlarının doldurulması zamanı baş verib.

Bir neçə nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti