...

Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub

Hadisə Materials 2 Noyabr 2017 17:38
Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.
Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Qubada mənşəyi məlum olmayan at əti aşkar olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 2-də daxil olmuş məlumat əsasında nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi “Qazel” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, 7 hissəyə bölünmüş ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkar olunub.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti