...

Səhiyyə Nazirliyi 4 əlli və 4 ayaqlı uşağın doğulmasına münasibət bildirib

Hadisə Materials 7 Noyabr 2017 16:21
Azərbaycan Səhiyyə Nazirliyi ölkədə 4 əlli və 4 ayaqlı uşağın doğulması ilə baölı yayılan xəbərlərə münasibət bildirib.
Səhiyyə Nazirliyi 4 əlli və 4 ayaqlı uşağın doğulmasına münasibət bildirib

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi ölkədə 4 əlli və 4 ayaqlı uşağın doğulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, uşaqların anomaliyalarla doğulması hallarına bütün ölkələrdə olduğu kimi Azərbaycanda da rast gəlinə bilər. Amma bu il ərzində 4 əlli və 4 ayaqlı uşağın doğulması halı qeydə alınmayıb:

"Bu məlumatla bağlı SN Elmi Tədqiqat Pediatriya İnstitutu ilə də əlaqə saxlayıb. Onlar da bu il ərzində orada belə bir uşağın əməliyyat edilmədiyini bildiriblər. Nazirlikdə olan məlumata görə, bu il ərzində ölkədə ümumiyyətlə, 4 əlli və 4 ayaqlı uşaq doğulmayıb və əməliyyat edilməyib".

Qeyd edək ki, KİV-lərdə yayılan məlumata görə,Azərbaycanda 4 əlli və 4 ayaqlı uşaq doğulub. Həmin uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) əməliyyat olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti