...

Tovuza qonaq gedən 27 yaşlı Sumqayıt sakinini bibisi ölümcül bıçaqladı (YENİLƏNİB)

Hadisə Materials 16 Noyabr 2017 08:43
Tovuzda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Tovuza qonaq gedən 27 yaşlı Sumqayıt sakinini bibisi ölümcül bıçaqladı (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Tovuzda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, hadisə oğurluq üstə baş verib.

Bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.

Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maslkalı şəxsi bıçaqlayıb.

X X X

08:20

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun mərkəzi hissəsində baş verib. Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu bibisigilə qonaq gəlib. 27 yaşlı gənc mübahisə zəminində elə öz bibisi tərəfindən bıçaqlanıb.

Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti