...

Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 24 Noyabr 2017 23:39 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda avtomobil yuma məntəqəsində yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanmış, yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.

Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti