...

Səhər açılar-açılmaz Ağdamda YANĞIN

Hadisə Materials 28 Noyabr 2017 09:26 (UTC +04:00)
Ağdam rayonunda evdə yanğın olub
Səhər açılar-açılmaz Ağdamda YANĞIN

Bakl. Samir Əli - Trend:

Ağdam rayonunda evdə yanğın faktı qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 05:52 radələrində rayonun Eyvazlı kəndində baş verib. Kənd sakini, 1951-ci il təvəllüdlü Rüstəmov Mahmud Qasım oğluna məxsus 132 kvadratmetrlik evdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib və yanğının qarşısı alınıb.

Hadisə nəticəsində evin 6 kvadratmetri tam yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti