...

FHN: Bakıda tikilməkdə olan binada baş verən uçqun nəticəsində xəsarət alan olmayıb

Hadisə Materials 9 Dekabr 2017 20:16 (UTC +04:00)
Paytaxt Bakıda tikilməkdə olan binanın bir hissəsi uçub.
FHN: Bakıda tikilməkdə olan binada baş verən uçqun nəticəsində xəsarət alan olmayıb

Bakı. Trend:

Paytaxt Bakıda tikilməkdə olan binanın bir hissəsi uçub.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti