...

Parisdə qəbiristanlıqlar da bağlandı - Küləyə görə

Hadisə Materials 11 Dekabr 2017 17:48 (UTC +04:00)
Parisdə davam edən güclü küləklərlə əlaqədar parklar, qəbiristanlıqlar və digər yaşıllıq ərazilər sakinlər üçün bağlanıb
Parisdə qəbiristanlıqlar da bağlandı - Küləyə görə

Bakı. Trend:

Parisdə davam edən güclü küləklərlə əlaqədar parklar, qəbiristanlıqlar və digər yaşıllıq ərazilər sakinlər üçün bağlanıb.

Trend-in məlumatına görə, Fransanın mərkəzi bölgələrində “Anna” qasırğası tüğyan edir.

Fransanın 32 departamentində kəskin hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsi ən yüksək həddə elan olunub. Fransaın "Meteo France" meteoroloji xidməti güclü küləklə müşayiət olunan qar və yağışın yaxın günlərdə də davam edəcəyini proqnozlaşıdırb.

Mərkəzi rayondalarda küləyin sürətinin saatda 110 kilometrə çatdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti