...

Binəqədidə internet klubun sahibindən hədə yolu ilə pul alan şəxslər saxlanılıb

Hadisə Materials 25 Dekabr 2017 19:43 (UTC +04:00)
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.
Binəqədidə internet klubun sahibindən hədə yolu ilə pul alan şəxslər saxlanılıb

Bakı. Trend:

Binəqədidə internet klubun sahibindən hədə yolu ilə pul alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub.

Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən komyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Aqşin Camalov və Emil Qurbanov olduqları müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti