...

Bakıda saxta əsginas satan ana və qızına hökm oxundu

Hadisə Materials 26 Dekabr 2017 11:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əsginaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və qızı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bakıda saxta əsginas satan ana və qızına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əsginaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və qızı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə hər biri 7 il şərti azadlıqdan məhrum ediliblər.

İttihama görə, M.Həsənova tamah niyyəti ilə saxta pul əsginaslarını əldə etmə və satma ilə bağlı qızı S.Həsənova və onun yaxın münasibətdə olduğu Türkiyə vətəndaşı Cahid Akcanla cinayət əlaqəsinə girib. Cahid Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu S.Həsənovaya göndərib. S.Həsənova saxta əsginasları yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 89, mənzil 76-da saxlayaraq, ötən ilin dekabr ayının 28-də satarkən yaxalanıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 204.2-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti