...

Tovuzda ağır yol qəzası, sürücü və sərnişin xəstəxanaya yerləşdirildi

Hadisə Materials 26 Dekabr 2017 21:10 (UTC +04:00)
Tovuz rayonunda yol qəzası baş verib
Tovuzda ağır yol qəzası, sürücü və sərnişin xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli -Trend:

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Əlibəyli kənd sakini, 1989 -cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi "VAZ"markalı avtomobili idarə edərkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişini, 1997-ci il təvəllüdlü Abdiyev Tural Musa oğlu ağır xəsarətlər alıb. Həriki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti