...

Azyaşlını vurub qaçan sürücü yaxalanıb

Hadisə Materials 27 Dekabr 2017 11:56 (UTC +04:00)
Hadisə yerindən yayınan sürücü saxlanılıb.
Azyaşlını vurub qaçan sürücü yaxalanıb

Bakı. Trend:

Hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub.

Uşaq xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti