...

CAR-da sərnişin qatarları toqquşub: 200 yaralı (VİDEO)

Hadisə Materials 9 Yanvar 2018 13:08 (UTC +04:00)
Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqun yaxınlığında iki sərnişin qatarı toqquşub.
CAR-da sərnişin qatarları toqquşub: 200 yaralı (VİDEO)

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqun yaxınlığında iki sərnişin qatarı toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsinə 200 nəfər xəsarət alıb.

"Geldenhuis" stansiyasına daxil olan qatar platformada dayanan qatarlardan biri ilə toqquşub.

Qeyd edək ki, bu, son günlərdə CAR-da qeydə alınan ikinci belə hadisədir. Ötən həftənin cümə axşamı Hennenman və Krunstad yaşayış məntəqələri arasında qatar yük avtomobili ilə toqquşmuşdu. Hadisə nəticəsində 19 nəfər ölüb, 200 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti