...

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü yaralanıb

Hadisə Materials 16 Yanvar 2018 02:39 (UTC +04:00)
Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü yaralanıb
Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü yaralanıb

Bakı. Trend:

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Zaqatala rayonu, Bəhmətli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü müxtəlif xəsarətlər almış və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti