...

Daxili orqanında psixotrop maddə keçirmək istədi - gömrükdə yaxalandı

Hadisə Materials 25 Yanvar 2018 11:12 (UTC +04:00)
İran vətəndaşı daxili orqanında psixotrop maddə keçirmək istəyərkən gömrükdə yaxalanıb.
Daxili orqanında psixotrop maddə keçirmək istədi - gömrükdə yaxalandı

Bakı. Trend:

İran vətəndaşı daxili orqanında psixotrop maddə keçirmək istəyərkən gömrükdə yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxsin daxili orqanı-düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan bükümdə ümumi xalis çəkisi 57,20 qram olan "Metamfetamin" adlı psixotrop maddə aşkar olunub.

Qeyd edək ki, aşkar edilən psixotrop maddə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti