...

Yasamalda ev yanıb: 5 nəfər təxliyə edilib

Hadisə Materials 5 Fevral 2018 01:53 (UTC +04:00)
Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.
Yasamalda ev yanıb: 5 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Yasamal rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m² sahədə və dəhlizinin taxta atmaları 8 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti