...

Mehdiabadda polis bölməsində qumbara aşkarlanıb (FOTO)

Hadisə Materials 10 Fevral 2018 15:40 (UTC +04:00)
Mehdiabadda əlqumbarası aşkarlanıb.
Mehdiabadda polis bölməsində qumbara aşkarlanıb (FOTO)

Bakı. Trend:

Mehdiabadda əlqumbarası aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, DİN-nin Abşeron RPİ-nin Mehdiabad PB-dən Agentliyə 1 ədəd əlqumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əlqumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti