...

Mingəçevir və Yevlaxda narkotik alverçiləri saxlanılıb - Biri qadındır

Hadisə Materials 23 Fevral 2018 13:25 (UTC +04:00)
Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir.
Mingəçevir və Yevlaxda narkotik alverçiləri saxlanılıb - Biri qadındır

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində yüksək təsiredici xüsusiyyətə malik külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərvinə Əkbərova narkotik vasitə olan heroin satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı oradan əlavə olaraq ümumi çəkisi yarım kiloqrama yaxın marixuana, tiryək, heroin və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə həmin qadının narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Məmmədzadə də saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı oradan da heroin aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Aran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 496 qram marixuana aşkar edilərək göütürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti