Bakı. Trend:
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədədselofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.