Beyləqanda yanğın hadisəsi baş verib

Hadisə Xəbər 2 Mart 2018 09:10 (UTC +04:00)

Bakı. Trend:

Beyləqanda yanğın hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Beyləqan rayonu, Birinci Şahsevən kəndində həyətyanı sahəyə yığılmış 5,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti